• HADİSƏ

    13:02 20 may 2019

Tovuzda bir ailənin 5 üzvü balıqdan zəhərlənib - FOTO

Tovuz rayonunda 5 nəfər qidadan zəhərlənib.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri 8 yaşlı Rəvan Əliyev, onun həm yaşıdı Həsən Əliyev, 2 yaşlı Mehriban Əliyeva, 33 yaşlı Məlahət Məmmədova və 34 yaşlı Rəşad Əliyev zəhərlənmə diaqnozu ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Onların balıqdan zəhərləndiyi ehtimal olunur.

Xəstəxanadan bildirilib ki, onlara yardım göstərilib daha sonra isə zəhərlənən xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, zəhərlənənlər bir ailənin üzvü olub.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR