• HADİSƏ

    17:56 26 aprel 2020

Tovuzda evdə partlayış olub, bir nəfər xəsarət alıb - FOTO

Tovuzda evdə partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yaşayış evində kustar üsulla hazırlanmış qaz peçində partlayış olub. Nəticədə 1964-cü il təvəllüdlü Süleymanova Nəzakət Məhərrəm qızı yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR