• HADİSƏ

    16:01 12 may 2019

Tovuzda iki avtomobil toqquşub, sürücülər xəsarət alıb - FOTO

Bu gün Tovuz rayonunda iki minik avtomobili toqquşub.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndi yaxınlığında qeydə alınıb.

Tovuz rayon sakinləri Arif Kərimovun idarə etdiyi "VAZ 21 07" və Sənan Bayramovun idarə etdiyi "Mercedes" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR