Tovuzda zəhərlənmə olub.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.
1976-cı il təvəllüdlü kənd sakini İsmayılova Yeganə Tofiq qızı yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.
Digər zəhərlənmə hadisəsi rayonun Aşağı Mülkülü kəndində qeydə alınıb. Kənd sakini, 1985-ci il təvəllüdlü Kamilova Vüsalə Xəyyam qızı da hamam otağında zəhərlənib. 34 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu deyilir.
Hər iki faktla bağlı araşdırma aparılır.