• HADİSƏ

    08:46 6 iyul 2019

Tovuzda mənzildən oğurluq edilib - FOTO

Tovuzda oğurluq faktı qeydə alınıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xaqani küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan Rəfiqə Musayevaya məxsus evə naməlum şəxslər girib. Oğruların evdən nə aparması bilinmir. Hadisə ilə bağlı polisə məlumat verilib. Cinayəti törədən şəxs və ya şəxslərin tapılıb istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR