• HADİSƏ

    20:35 10 oktyabr 2019

Tovuzda “Mercedes” aşıb, xəsarət alanlar var

Tovuzda iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes C Class” idarə etmədən çıxaraq yolun kənarında aşıb.
İkin məlumatlara görə, qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan biri rayon sakini Vidadi Hüseynovdur.
Ehtimala görə, qəzaya səbəb yüksək sürət olub.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR