• HADİSƏ

    01:59 31 dekabr 2020

Tovuzda minik maşını ağaca çırpılıb, sürücü ağır xəsarət alıb

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ markalı minik maşını idarəetmədən çıxıb və nəticədə avtomobil yoldan çıxaraq ağaca daha sonra işıq dirəyinə çırpılıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməldaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR