• HADİSƏ

    18:23 2 aprel 2019

Tovuzda orta məktəbdə baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Tovuzda orta məktəb binasında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, Tovuz rayonunun Bozalqanlı kəndində orta məktəbin yerləşdiyi üçmərtəbəli binanın 1-ci mərtəbəsində anbarın yanar konstruksiyaları 40 m² sahədə və içərisinə yığılan məktəb ləvazimatları yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Saat 16:56

***

Tovuzda orta məktəb binasında yanğın başlayıb.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb. Kənd orta məktəbində baş verən yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğının başvermə səbəbləri məlum deyil.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR