• HADİSƏ

    11:47 27 aprel 2019

Tovuzda su anbarında batan şəxsin meyiti çıxarılıb

Tovuz rayonunda su anbarına düşən şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Tovuz rayonunun Vahidli kəndində Tovuzçay su anbarında batdığı ehtimal edilən 69 yaşlı Dilənov Vidadi Allahverdi oğlunun axtarışları başa çatıb.

V.Dilənovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, aprelin 26-da 1950-ci təvəllüdlü Yuxarı Öysüzlü kənd sakini Vidadi Dilənov su anbarına düşüb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR