• HADİSƏ

    00:02 9 avqust 2019

Tovuzda baş vermiş zəncirvari avtoqəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB-1

Tovuzda baş vermiş ağır yol qəzasında ölən üçüncü şəxsin və yaralıların adları müəyyənləşdirilib.

APA-nın yerli bürosunun məlumatına görə, ölən digər şəxs Mustafayeva Nailə Yolçu qızıdır.

Avtoqəza nəticəsində Murtuzəliyeva Aysel Əhməd qızı, Murtuzəliyeva Ayşən Əhməd qızı və Murtuzəliyev Vüqar Vüsal oğlu isə xəsarət alıb.

***

Saat 23:50

Tovuzda zəncirvari qəzada ölənlərin sayı artıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı 3 nəfər dünyasını dəyişib.

Onlardan yalnız ikisinin kimliyi dəqiqləşib. Bunlar "Mercedes" markalı avtomobilin sürücüsü, Tovuz rayon sakini Müzəffər Hüseynzadə, digəri isə Kamran Qasımovdur.

Hazırda araşdırmalar aparılır.

***

Saat 23:02

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı "VAZ 21011", "Daewoo Nexia" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsünün hadisə yerində dünyasını dəyişdiyi, bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Təfərrüatlar dəqiqləşdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR