• HADİSƏ

    19:02 17 mart 2019

Tovuzda üzərinə yük maşını aşan 21 yaşlı gənc ölüb - FOTO

Tovuzda bədbəxt hadisə baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Əsrik-Cırdaxan kəndində qeydə alınıb.

Kənd sakini 21 yaşlı Əli Abbasov yük maşının altında qalaraq dünyasını dəyişib.

Ə. Abbasov atası ilə meşəyə gedərkən "ZİL" markalı yük maşını qəfildən aşıb. Nəticədə maşının yük yerində olan gənc aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə gəncin öldüyünü görüb və hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR