• HADİSƏ

    01:48 16 iyun 2019

Tovuzda yol kənarında meyit aşkar olunub - FOTO

Tovuzda avtomobil yolunun kənarında kişi meyiti aşkar olunub.

ONA-nın qərb bürosunun məlumatına görə, meyit Tovuzun Bayramlı kənd sakini - 1976-cı il təvəllüdlü İsgəndərov Məqsəd Kamandar oğluna məxsusdur.

Ehtimal olunur ki, o, naməlum avtomobilin zərbəsi nəticəsində dünyasını dəyişib.

Hazırda hadisə yerində polis əməkdaşları müayinələr aparır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR