• HADİSƏ

    12:09 13 may 2019

Tovuzda yol qəzası baş verib, ölən var

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, mayın 13-də saat 2 radələrində Tovuz şəhərinin ərazisində F.Quliyev idarə etdiyi “VAZ-21099” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə F.Quliyevin sərnişini, Tovuz şəhər sakini Samir Musayev xəstəxanaya yerləşdirilib və orada ölüb.
Tovuz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR