• HADİSƏ

    04:30 16 avqust 2020

Tovuzda yol qəzasında 2 nəfər xəsarət alıb

Tovuzda 2 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Düz Qırıxlı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21010” maralı minik maşını ilə “Opel” markalı avtomobil toqquşub. Qəza zamanı xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR