Tovuzda piyadanın vurulması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əyyublu kəndindən keçən hissəsində qeydə alınıb.
Yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Muradov Tural Sakit oğlunu “Mercedes” maraklı minik maşını vurub. Piyada dərhal xəstəxnaya yerləşdilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.