Türkiyə-Naxçıvan sərhədi açılıb
  • HADİSƏ

  • 18:30 26 Fevral 2020

Türkiyə-Naxçıvan sərhədi açılıb

25 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezi­­denti İlham Əliyevlə Türkiyə Respublikasının Prezi­denti Rəcəb Tayyib Ərdoğan arasında keçirilmiş görüşdə Türkiyədən Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yük nəqliyyat vasitələrinin və vətəndaşların hərəkətində yaranan məhdudiy­yətlər müzakirə edilib.

ONA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilir. Qeyd edilib ki, mövcud vəziyyətlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğan qarşısında məsələ qaldırılıb. Ərdoğan Türkiyənin “Dilucu” dövlət sərhədindən buraxılış məntəqəsindən yük nəqliyyat vasitələrinin Azərbaycanın Naxçıvan Muxtar Respubli­kasına “Sədərək” dövlət sərhəd buraxılış məntəqəsindən buraxılmalarına dair Türkiyənin aidiyyəti dövlət orqanlarının rəhbərlərinə göstərişlər verib. Fevralın 26-da saat 15:10 radələrindən etibarən yük nəqliyyat vasitələrinin buraxılışları bərpa edilib.

 

OXŞAR XƏBƏRLƏR