• HADİSƏ

    15:17 26 fevral 2019

Türkiyə vətəndaşı Bakıda 80 yaşlı piyadanı vuraraq öldürüb

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından ONA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində qeydə alınıb. Türkiyə vətəndaşı, 1958-ci il təvəllüdlü İbrahim Tayat Fehmi oğlu idarə etdiyi “İsizu” markalı, 90 JN 116 dövlət nömrə nişanlı yük avtomobili ilə yolu keçmək istəyən piyada, 1939-cu il təvəllüdlü Aydın Abbas oğlu Abdullayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR