Türkiyədə zəlzələ nəticəsində həlak olmuş 4 Azərbaycan vətəndaşı ölkəyə gətirilərək dəfn olunub, 4 azərbaycanlı tələbənin cənazəsi isə 16 fevral tarixində Türkiyədən Azərbaycana yola salınacaq.
ONA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Onun sözlərinə görə, cənazələrin ölkəyə yola salınmasının saatı konkret deyil: “İlkin versiya kimi 02:00 nəzərdə tutulub, amma aydın məsələdir ki, gecikmələr də ola bilər”.
Qeyd edək ki, fevralın 6-sı səhərə yaxın və ondan 9 saat sonra Türkiyədə baş vermiş zəlzələ nəticəsində 10 Azərbaycan vətəndaşı həlak olub.