Türkiyəyə zəlzələlərdən sonra ən çox axtarış-xilasetmə qrupu göndərən ölkə Azərbaycandır.
ONA xəbər verir ki, bu barədə Türkiyənin TGRT telekanalı məlumat yayıb.
Qeyd olunub ki, zəlzələnin ilk günündən göndərilən heyətlə birgə hazırda Türkiyədə 899 azərbaycanlı axtarış-xilasetmə qrupunun əməkdaşı var.
Heyət sayına görə siyahıda ikinci yerdə İsrail (405 nəfər), üçüncü yerdə isə Rusiyanın (401) axtarış-xilasetmə qrupları qərarlaşıb.