Bakıda binanın tüstü bacasında qadın meyitinin tapılması faktı ilə bağlı cinayət işi başlanıb.
Binəqədi rayon Prokurorluğundan ONA-ya verilən məlumata görə, 1979-cu il təvəllüdlü Təhminə İsmayıl qızı Nəcəfovanın yaşadığı Atatürk prospekti ev 30/78, “D” blokunda yerləşən tüstü bacasında meyiti aşkar edilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü Təhminə İsmayıl qızı Nəcəfovanın yaşadığı Atatürk prospekti ev 30/78, “D” blokunda yerləşən tüstü bacasında meyiti barədə daxil olan məlumat əsasında hadisə yerinə baxış keçirilib, bina sakinlərinin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.
İlkin araşdırmalarla müəyyən edilib ki, T.Nəcəfova öz mənzili ilə qonşu mənzil arasında yerləşən tüstü bacasına yıxılıb.