Üç ay ərzində ölkədə baş vermiş yol qəzaları zamanı 70 piyada ölüb. Baş Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, bu il yanvarın 1-dən martın 31-nə qədər ölkə ərazisində piyada vurulması ilə nəticələnən 180 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Hadisələr zamanı 70 nəfər dünyasını dəyişib, 121 piyada isə müxtəlif bədən xəsarətləri alıb.
Qeyd edək ki, piyada vurulması ilə nəticələnən qəzalar ümumi yol-nəqliyyat hadisələrinin 48.1 faizini təşkil edir.
Nurlan Əli