• HADİSƏ

    23:30 31 may 2019

Ucarda 17 yaşlı yeniyetmə tövlədə asılmış vəziyyətdə aşkarlanıb

Ucar rayonunda intihar hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Küçəkənd kəndində qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü İman Taleh oğlu Xəlilovun asılmış meyitini yaxınları tövlədə aşkar ediblər. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Zahid

Teqlər:

SON XƏBƏRLƏR