• HADİSƏ

    23:06 8 yanvar 2021

Ucarda 2 fərdi yaşayış evində yanğın baş verib - FOTO

Ucarda eyni vaxtda 2 fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarında rayonunun Vidadi küçəsində 1958-ci il təvəllüdlü Teyubə İbrahim qızı Əhmədovaya məxsus 2 mərtəbəli, ümumi sahəsi 300 kvadrat olan evdə güclü yanğın baş verib.

Hadisə yerinə FHN-in Ucar və Göyçay Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 120 kvadrat metri yanıb.

İkinci yanğın hadisəsi 28 may küçəsində qeydə alınıb. 1950-ci il təvəllüdlü Maqnet Mövsüm oğlu Quliyevə məxsus 1 mərtəbəli, ümumi sahəsi 100 kvadratmetr olan 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Fakt araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR