Ucarda ana və qızının ölümünə səbəb olan sürücünün cinayət işi məhkəməyə göndərilib Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəşad Cavadovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, iş materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Bilal Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyunun 13-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Küçəkənd kənd ərazisində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən piyadaları vurub. Nəticədə Küçəkənd sakinləri – 1990-cı il təvəllüdlü İsgəndərova Aynur Ramiz qızı və onun 2014-cü il təvəllüdlü qızı İsgəndərova Ayşən Xəyal qızı dünyasını dəyişib. Hadisəni Bərdə rayonundan olan 1984-cü il təvəllüdlü sürücü Rəşad Rəhim oğlu Cavadov törədib. Qəza maşın Bakı istiqamətində hərəkətdə olarkən baş verib.