• HADİSƏ

    11:51 28 aprel 2019

Ucarda avtomobil velosipedçini vurub

Ucarda avtomobil velosipedçini vurub.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı minik maşını velosipedlə yolu keçən Ucar rayon sakini, 1969-ci il təvəllüdlü Ərzuman Fərman oğlu Babayevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə. Babayev Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Zahid

Teqlər:

SON XƏBƏRLƏR