• HADİSƏ

    00:10 28 avqust 2020

Ucarda azyaşlı 5-ci mərtəbədən yıxılıb ölüb

Ucar rayonunda azyaşlı binadan yıxılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 22 radələrində məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında baş verib.

Əmisi evinə qonaq gedən və nəzarətsiz qalan 3 yaşlı Fərhan Qədimov 5-ci mərtəbədən yıxılaraq müxtəlif növ bədən xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olduğundan oradan Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

F.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR