Ucarda ev yanıb
  • HADİSƏ

  • 20:19 12 Mart 2019

Ucarda ev yanıb

Ucar rayonunda həyət evi tamam yanıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Bərgüşad kəndində qeydə alınıb.

Kənd sakini Asif Vaqif oğlu Sərzəliyevə məxsus 1 mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 130 kv/m olan evdə güclü yanğın baş verib.

Ev əşyaları ilə birlikdə tamam yanıb. Hadisə yerinə FHN-nin Ucar rayon Yanğından Mühafizə Hissəsinin 2, Göyçay rayon Yanğından Mühafizə Hissəsinin isə 1 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Zahid Abışov

Aytən Yusifova

Teqlər: yanğın ev yanıb yanğınsöndürən

OXŞAR XƏBƏRLƏR