• HADİSƏ

    22:04 13 fevral 2020

Ucarda fərdi yaşayış evində güclü yanğın olub


Bu gün axşam saatlarında Ucar rayonunun Alpout kəndində fərdi yaşayış evi yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, kənd sakini, 1968-ci il təvəllüdlü Mübariz Mikayılova məxsus 2 mərtəbəli 6 otaqdan ibarət, ümumi sahəsi 300 kvadratmetr olan ev güclü yanğın səbəbindən əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

ONA

Teqlər:

SON XƏBƏRLƏR