Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fizuli Fətəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA-nın xəbərinə görə, cinayət iş materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Bilal Məmmədovun sədrliyi ilə baxılacaq məhkəmənin hazırlıq iclası aprelin 29-na təyin edilib.
Qeyd edək ki, hadisə ötən il dekabrın 29-da Bakı-Qazax avtomobil yolunun Ucar rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1976-cı il təvəllüdlü, Xaçmaz rayon sakini Fizuli Camaləddin oğlu Fətəliyevin idarə etdiyi "Opel" markalı minik avtomobili 66 BL 678 Dövlət nömrə nişanlı"KamAZ" markalı yük avtomobilinə çırpılıb. Nəticədə F.Fətəliyev və minik avtomobilində olan digər sərnişinlər, Xaçmaz rayon sakinləri - 2008-ci il təvəllüdlü İsmayıl Oktay oğlu Məmmədov və 1981-ci il təvəllüdlü Yeganə Aydəmir qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həmin şəxslər xəstəxanada həyatlarını itiriblər.