• HADİSƏ

    15:48 8 may 2019

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO

Ucarda yol qəza baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı yük maşını torpaq qazmaq üçün nəzərdə tutulan maşınla toqquşub. Qəza zamanı “Ford”da olan hələlik şəxsiyyəti məlum olmayan sərnişin hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Zahid

Teqlər:

SON XƏBƏRLƏR