Ucarda quldurluq edən şəxslər tutulub
  • HADİSƏ

  • 05:03 18 Fevral 2020

Ucarda quldurluq edən şəxslər tutulub


 

Ucar rayonunun Qarabörk kəndi ərazisində İmişli rayon sakini Telman Elşad oğlu Quliyev,  Mingəçevir şəhər sakini Müşviq Mehdi oğlu Səmədov və Bakı şəhər sakini Seyidəhməd Ramiz oğlu Daşdəmirov qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşərək Yevlax rayon sakini Anar İsmayıl oğlu Qəribova  həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq ediblər. 

APA-nın yerli bürosunun rayon polis şöbəsinə istinadən verdiyi xəbərə görə, onlar  A.Qəribovun alın nahiyəsindən  bıçaqla xəsarət yetirərək 123 manat pulunu alıblar.                                                                                                    

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən hər 3 şəxs saxlanılaraq istintaqa cəlb olunublar.      

Faktla bağlı CM-nın müvafiq maddələri ilə cinayət işi açılıb. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR