• HADİSƏ

    19:51 9 aprel 2019

Ucarda torpaq uçqunu olub, "Azərsu"nun 2 əməkdaşı xəsarət alıb - YENİLƏNİB

Ucar şəhərində kanalizasiya xəttində qəza aradan qaldırılarkən baş vermiş torpaq uçqunu zamanı "Azərsu" ASC-nin 2 əməkdaşı xəsarət alıb.

ONA-nın xəbərinə görə, bunu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, zərərçəkənlərin həyatı üçün təhlükə yoxdur: "Vilnur Sadıqov adlı əməkdaşımız hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müayinə olunur".

* * *

Saat 18:13

Ucarda torpaq uçqunu olub.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb. “Azərsu” ASC tərəfindən qazıntı işləri aparılan zaman torpaq uçqunu olub. Nəticədə 4 nəfər uçqun altında qalıb. Həmin şəxslər uçqun altından çıxarılıb. Onlardan ikisinin xəsarəti ağır olduğu üçün onlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Zahid Abışov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR