Ucarda yolu keçən kişini yük maşını vurub
  • HADİSƏ

  • 17:48 20 Aprel 2019

Ucarda yolu keçən kişini yük maşını vurub

Ucarda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, Ucar rayon sakini, 1960-cı il təvəllüdlü Səlim İsrayıl oğlu Xəlilov idarə etdiyi "QAZ-52" markalı yük maşını ilə yolu keçən piyada, Ucar rayon sakini, 1955-ci il təvəllüdlü Eldar Cəfərqulu oğlu Cavadovu vurub.

Yaralı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR