Ucarda yük qatarının teplovozunda nasazlıq yaranıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün gündüz saatlarında Bakıdan Gəncə istiqamətində hərəkətdə olan yük qatarının teplovozundan tüstü yüksəlib.
Yaranmış nasazlıq ucbatından dayanan qatar avtomobillərin hərəkəti üçün nəzərdə tutulan dəmir yolu keçidinin 30 dəqiqə müddətində bağlı qalmasına səbəb olub.
İlkin ehtimala görə, nasazlığa səbəb qısaqapanma olub.