Ukraynada azərbaycanlı qətlə yetirilib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayon sakini, 21 yaşlı Ruslan Nazim oğlu Hüseynov bıçaqlanaraq öldürülüb. R.Hüseynovun meyiti bu gün Azərbaycana gətirilib. O, rayonun Əfətli kəndində torpağa tapşırılacaq.