• HADİSƏ

    08:22 10 mart 2021

Ukraynada pişik 4 aylıq körpənin ölümünə səbəb olub

Ukraynanın Rovnen vilayətində ev pişiyi 4 aylıq körpənin ölümünə səbəb olub.

APA xəbər verir ki, bu barədə regional Təcili Tibbi Yardım Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, hadisə martın 8-də Ostroq şəhərində baş verib: “Pişiyin arabadakı uşağın üstündə yatması nəticəsində onun nəfəsi kəsilib. Ana körpəsinin nəfəs almadığını görüncə Təcili Yardım Mərkəzinə zəng edib”.

Valideynlərin təkidi ilə həkimlər reanimasiya tədbirləri keçirsələr də, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Ukraynada oxşar hadisə 2019-cu ilin dekabrında qeydə alınmışdı. Həmin vaxt pişik 9 aylıq qızın üstündə yuxuya gedərək onun həyatına son qoymuşdu.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR