UNEC-də yanğın olub
  • HADİSƏ

  • 11:19 03 İyul 2019

UNEC-də yanğın olub

Bakıda universitet binasında yanğın olub.

ONA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakının Səbail rayonunda Azərbaycan Dövlət İqtisad Universitetinin yerləşdiyi üçmərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 127 m2 olan otaqda rəflər, sənədlər 15 m2 sahədə, 1 ədəd kondisioner və 4 ədəd kompüter yanıb. Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Universitetdən bildirilib ki, bu gün səhər saatlarında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında yanğın olub.

Yanğın tədris binasının birinci mərtəbəsində 36 kv metr sahəni əhatə edib. İlkin araşdırmaya görə, yanğın qısaqapanma nəticəsində baş verib. Yanğın tez bir zamanda söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.

 

 

ONA

Teqlər: UNEC yanğın

OXŞAR XƏBƏRLƏR