• HADİSƏ

    07:32 23 mart 2020

“VAZ” traktorla toquşub, 1 nəfər yaralanıb


Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

1960-cı il təvvəllüdlü Həsənov Elbəy Tağı oğlu idarə etdiyi “VAZ” markalı minik maşını ilə hərəkədə olan zaman qoşqulu traktorla toquşub.

Qəza nəticəsində “VAZ”ın sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR