• HADİSƏ

    17:20 19 may 2019

Vəkil: "Fuad Abbasov Korolyov şəhərində miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır"

Rusiyada jurnalist və bloger kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşı Fuad Abbasov mayın 16-da saxlanılıb.

Bu barədə ONA-nın Moskva bürosuna F. Abbasovun vəkili Elman Paşayev məlumat verib.

Vəkil bildirib ki, Moskva şəhər Məhkəməsi Federal Təhlükəsizlik Xidmətinin iddiası əsasında Fuad Abbasovun Rusiyada müvəqqəti yaşamaq üçün olan icazəsini ləğv edib: "Fuadın Rusiyada yaşamaq barədə icazəsinin ləğv edilməsindən xəbəri olmayıb. Mayın 16-da o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb".

Vəkil Fuad Abbasovun hal hazırda Moskva vilayətinin Korolyova şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində olduğunu söyləyib: "Fuad izolyatorda deyil, miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır. Özü ilə danışmışam. Vəziyyəti yaxşıdır. Onun tez bir zamanda oradan çıxarılması və Azərbaycana göndərilməsi ilə məşğuluq".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR