• HADİSƏ

    17:07 7 iyun 2019

Vəkil: “Fuad Abbasovun 50 il müddətində Rusiyaya girişinə qadağa qoyulub”

“Güman edirəm ki, Rusiya Ali Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsi Fuad Abbasova qarşı əsassız məhkəmə qərarını ləğv edəcək”.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, bunu jurnalist və videobloqger Fuad Abbasovun vəkili Teyyub Şərifov bildirib.

Vəkil Fuad Abbasovun məhkəmə qərarının icrası məqsədi ilə öz hesabına bilet alaraq, Moskvanın Domodedovo aeroportundan “Azərbaycan Hava yolları”na məxsus J2 853 saylı reysə bu axşam saat 23:45-də Bakıya uçmağa hazırlaşdığını söyləyib.

“Hazırda məhkəmə icraçıları onun ölkədən çıxarılması üçün prosessual tədbirlər görürlər. İyunun 6-da Moskva Vilayət Məhkəməsində Fuad Abbasovun barəsində Ximki şəhər Məhkəməsinin qərarında verilən şikayətə baxılıb. Şikayətdə Fuadın məhkəmə iclasında iştirakı barədə vəsatət qaldırılıb. Lakin məhkəmə Abbasovun gətirilməsi imkanlarının olmaması səbəbəi ilə vəsatəti təmin etməyib. Qeyd edim ki, cinayət işlərləri ilə bağlı həbs olunan şəxslər məhkəməyə daha tez gətirilir, nəyin ki inzibati işlə bağlı saxlanılanlar”, - deyə vəkil əlavə edib.

O, məhkəmə iclasının saat 10.00-a təyin olunmasına baxmayaraq, hakimin qəsdən işə baxılmasını saat 14.00-dək uzatdığını vurğulayıb: “Hakim bunu inzibati iş materiallarına prosessual sənədləri əlavə etmək məqsədi ilə edib. Həmin sənədlərin kim tərəfindən verilməsi hələ də sirr olaraq qalır. Təəccüblüdür ki, təsdiq olunmamış əlavə materiallarda Miqrasiya Xidmətinin Moskva vilayəti üzrə İdarəsinin qərarı aşkarlanıb. Bu sənəddə Fuad Abbasovun Federal Təhlükəsizlik Xidməti tərəfindən Rusiya Federasiyası ərazisinə 50 il müddətinə girişinin qadağa qoyulması haqqında qərar göstərilib. Lakin mövcud prosesual qaydaların pozulmasına baxmayaraq, Moskva vilayət Məhkəməsinin hakimi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Güman edirəm ki, Rusiya Ali Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinə şikayət olunacağı təqdirdə Fuad Abbasova qarşı qanunsuz və əsassız məhkəmə qərarını ləğv edəcək”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR