• HADİSƏ

    03:10 29 mart 2020

Velosipedi idərə edən kişi avtomobilə çırpılaraq ağır xəsarət alıb

Sabirabadda velosipedi idarə edən kişi avtomobilə çırpılıb, ağır kəllə-beyin travması alıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb.

Velosipedi idarə edən rayonun Qaragüney kənd sakini, 1984-cü il təvəllüdlü Nurəhmədov Vüqar Raqif oğlu kəskin enişdə yolun kənarında dayanan “Reno” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində velosipedçi ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR