Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və təhqiqat idarəsinə yeni rəis təyin olunub.
APA-nın yerli bürosunun məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Samir Məcidov təyin edilib.
O, daha öncə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində baş müstəntiq vəzifəsində çalışıb.