• HADİSƏ

    22:29 8 sentyabr 2019

Xaçmaz sakini boğazından bıçaqlanıb

Xaçmazda bıçaqlanma faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Alı Mustafayev küçəsində baş verib.

Aralarında yaranan şəxsi münaqişə zəminində Xaçmaz şəhər sakini, 1996-cı il təvəllüdlü Bəşirov Əziz Zahir oğlu 20 yaşlı Rzayev Nurlan Arif oğluna boğazından bıçaqla xəsarət yetirib. Onun vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Hadisəni törədən şəxs şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR