• HADİSƏ

    09:14 31 dekabr 2019

Xaçmazda ev yanıb, 38 yaşlı kişinin yanmış meyiti aşkarlanıb

Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 80 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hacıyev Firuz Saday oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR