• HADİSƏ

    13:44 14 aprel 2019

Xaçmazda göldən kişi meyiti tapılıb

Xaçmaz rayonunda göldən kişi meyiti tapılıb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Qımıl kəndi ərazisində yerləşən göldən kişi meyiti aşkarlanıb.

İlkin araşdırmalardan sonra həmin şəxsin Qubanın Küpçalqışlaq kənd sakini 1961-ci il təvəllüdlü Ərəbov İlham Mayıl oğlu olduğu müəyyənləşib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR