Xaçmazda iki avtomobil toqquşub, bir nəfər ölüb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 12:38 17 Noyabr 2019

Xaçmazda iki avtomobil toqquşub, bir nəfər ölüb - FOTO

Bu gün günorta saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmazın Bakı prospektindən keçən hissəsində qeydə alınıb. 

"QAZ 24" markalı minik avtomobili ilə "Qazel" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticə "QAZ 24"ün sürücüsü hadisə yerində dünyasını dəyişib. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Vəli Turan

Teqlər: Xacmaz qəza bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR