• HADİSƏ

    22:06 28 dekabr 2019

Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb

Xaçmazda yaşayış evində yanğın baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, hadisə rayonun Sudur kəndində qeydə alınıb.

Kənd sakini Əli Hacıyevə məxsus, ümumi sahəsi 180 kv/m olan ikimərtəbəli yaşayış evinin 126 kv/m-i yanıb. Hadisə yerinə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb və daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hadisənin səbəbləri araşdırılır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR