• HADİSƏ

    11:01 10 aprel 2019

Xaçmazda istifadəyə yararsız 330 kq at əti aşkar edilib

Xaçmazda istifadəyə yararsız 330 kiloqram at əti aşkar edilib.

Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, aprelin 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşları Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Xaçmaz şəhərində tədbir həyata keçirib.

Şəhər sakini B.Qanbayevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı yük yerindən natəmiz vəziyyətdə və sümükdən ayrılmış halda olan, çəkisi 330 kiloqram at əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR