• HADİSƏ

    12:28 17 aprel 2019

Xaçmazda maşın kanala düşüb, sürücü ölüb - YENİLƏNİB - FOTO

Xaçmazda su kanalına düşərək ölən sürücünün kimliyi məlum olub.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən "Lexsus" markalı maşının sürücüsünün, Qusarın Yuxarı Zeyxur kənd sakini, 1973-cü il təvəllüdlü Əziz Məlikov olması müəyyən edilib.

***

Saat 12:05

Xaçmazda minik avtomobili su kanalına düşüb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndi ərazisində qeydə alınıb. “Lexsus” markalı, 90 XL 783 dövlət nömrə nişanlı maşın “Xan arxı” adlanan kanala düşüb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən dünyasını dəyişib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR