• HADİSƏ

    15:52 12 mart 2019

Xaçmazda meşə fonduna aid 1 hektar ərazi yanıb

Bu gün Xaçmaz rayonunda meşə fonduna aid ərazidə yanğın qeydə alınıb.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Meşə fonduna aid 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Vəli Turan

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR